Tərlan Əhmədov: “Evə sərfəli nəticə ilə dönməyi düşünürük”
Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə İsrail çempionu “Hapoel”in qonağı olacaq “Neftçi”nin məşqçisi Tərlan Əhmədov dünən oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, gənc mütəxəssis şansları bərabər dəyərləndirib: “Hapoel”in “Jilina” ilə matçının videoyazısını izləmişik. Deyərdim ki, rəqib çox yaxşı komandadır, ən əsası, pressinq eləməyi çox yaxşı bacarır. Bundan başqa, kollektiv şəkildə də çox yaxşı mübarizə aparırlar, bir sözlə, əsl Avropa futbolu oynayırlar. Prinsipcə, İsrail futbolu mənə yad deyil. Çünki hələ Azərbaycan millisində forma geyindiyim zaman İsrail millisinə qarşı oynamışam. Bu ölkənin millisi və klubları hər zaman yaxşı futbol oynayıb. Ancaq bu, futboldu və 90 dəqiqə oynanılır. Fikrimcə, şanslar 50/50-dir. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdi və bunun üçün də evə sərfəli nəticə ilə dönməyi düşünürük”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |