London-2012-nin ilk günü: 2 idmançımız tamam, 3-ü davam YENİLƏNİB
Bu gün London Yay Olimpiya Oyunlarında bir çox
idman növlərində mübarizəyə start verilib. Stadium.az xəbər verir ki, yarışların
ilk günündən azərbaycanlı idmançılardan da bəziləri mübarizəyə qoşulub.
***
Çüdo yarışlarında İlqar Müşkiyev tatamiyə çıxacaq. 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq idmançımız ilk mərhələdən azaddır. Müşkiyev yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi saat 13:44-də başlayacaq Tobias Enqlmayer (Almaniya) - Ovanes Davtyan (Ermənistan) cütünün qalibi olacaq.
Artıq təmsilçimizin rəqibi müəyyənləşib. Erməni idmançı ippon və yuko fəndləri ilə almaniyalı rəqibini məğlub edib. Bununla da Müşkiyevin ilk rəqibi Davtyan olub. Döyüş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.
Artıq idmançımızın döyüşü başa çatıb. Təəssüf ki, Müşkiyev erməni idmançısına məğlub oldu. Davtyan bir vazari xalı ilə idmançımızı üstələdi.
Qeyd edək ki, Olimpiya Oyunlarında Azərbaycan 8 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarında hər günün sonunda qalib müəyyənləşəcək.
***
Bu gün London Yay Olimpiya Oyunlarında akademik
avarçəkmə yarışlarına da start veriləcək. Azərbaycan Olimpiya yığmasının heyətində
yürüş xəttinə Aleksandr Aleksandrov və Nataliya Mustafayeva çıxacaqlar.
Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparacaq. Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb. Rəqiblər Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olacaq. Onlar yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 16:50) start xəttinə çıxacaqlar. 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.
Idmançımız ilk mərhələni uğurla başa vurdu. Aleksandrov 6 dəqiqə 49 saniyəlik göstərici ilə seçmə mərhələni ikinci pillədə başa vurdu. Bu nəticə idmançımızın 1/4 finala yüksəlməsinə kifayət etdi.
Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışacaq. Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı təmsilçimiz də 6 nəfərlik qrupa düşüb. Rəqiblər Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olacaq. Onlar start xəttinə Bakı vaxtı ilə saat 17:40-da çıxacaqlar. 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 4 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.
Nataliya Mustafayeva artıq mübarizəni başa vurdu. Aleksandrovun ardınca Mustafayeva da 1/4 finala yüksəldi.
***
London Olimpiadasında yeganə idman gimnastımız
Şakir Şıxəliyev mübarizəyə bu gün başlayacaq. 21 yaşlı idmançımızın çıxış edəcəyi
yarışa Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
3 qrupda keçiriləcək bu idman növündə həmyerlimiz ilk qrupda yer alıb. Onun ümumilikdə 67, qrupda isə 31 rəqibi var.
Təmsilçimiz artıq təsnifat mərhələsindəki 5 növdə çıxışını başa vurub. Onun turnirdəki çıxışı 10,633, sərbəst çıxışı 14,600 xalla qiymətləndirilib. O, artıq at təmrinində də çıxış edərək 12,866 xal qazanıb. Ardından brusda 13,166, tramplindən tullanmada 15,433, brus qollarda 13,666 xal toplayan həmyerlimiz 6 növün cəmində 80,364 xala malikdir. Bu isə idmançımızı yalnız 26-cı pilləyə çıxara bilib. Nəticədə Şakir final mərhələsin vəsiqə qazana bilməyib. Qeyd edək ki, təsnifat mərhələsinin yekununda ən günlü 24 gimnast finala yüksəlib.
***
Bu gün London Olimpiadasında boks yarışlarına start veriləcək. İlk gün Azərbaycanın 1 təmsilçisi rinqə çıxacaq. Yığmamızın üzvlərindən öncə mübarizəyə Soltan Migitinov (75 kq) qoşulacaq. 1/16 final mərhələsindən yarışa qatılacaq həmyerlimiz misirli Məhəmməd Hikalla qüvvəsini sınayacaq. Döyüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
Soltan Migitinov misirli rəqibini 20:12 hesabı ilə məğlub etdi. İdmançımız növbəti mərhələdə braziliyalı Falcao Flarentino ilə qarşılaşacaq.
Azərbaycanın təmsil olunduğu 56 kq çəki dərəcəsində
də ilk döyüşlər keçiriləcək. Lakin bu çəkidəki təmsilçimiz Məhəmməd Abdulhəmidov
ilk mərhələdən azaddır. Bu gün isə onun rəqibi müəyyənləşəcək. Belə ki,
boksçumuz bu gün baş tutacaq İsaac Doqboe (Qana) - Satoşi Şimizu (Yaponiya)
cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimizin rəqibinin müəyyənləşəcəyi döyüş
bu gecə 01:45-də başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |