Yunis Hüseynov het-trik, Kaxaber Tsxadadze dubl arzusunda
Ölkəmizi Avroliqada təmsil edən “Xəzər Lənkəran” və “İnter” bu gün ikinci mərhələnin cavab oyunlarına çıxacaqlar. Stadium.az xəbər verir ki, bu axşamkı qarşılaşmalarda qazanılacaq uğur hər iki baş məşqçinin nüfuzunu yüksəltməklə yanaşı, statistik göstəricilərini də yaxşılaşdıracaq.
“Xəzər Lənkəran” “Lex” “sədd”ini keçə bilsə, Yunis
Hüseynov Qurban Qurbanovdan sonra Azərbaycan klubları ilə avrokuboklarda ən çox
mərhələ adlayan məşqçi olacaq. 2 dəfə avrokuboklarda mərhələ adlamaq sevinci
yaşayan Hüseynov hazırda Azərbaycan klubları ilə avrokuboklarda mərhələ adlayan
məşqçiləırin siyahısında 2-5-ci yerləri bölüşdürür. Hüseynov bu gün het-trik
etsə, Böyükağa Ağayevi, Ağasəlim Mircavadovu, eləcə də Anatoli Demyanenkonu
qabaqlamış olacaq.
Yunis Hüseynovdan fərqli olaraq Kaxaber Tsxadadze
dubl arzusundadır. Belə ki, “bankirlər” ardıcıl ikinci dəfə Avroliqada mərhələ
adlasa, gürcü çalışdırıcı Azərbaycan klubları ilə mərhələ adlayan məşqçilərin
siyahısında altıncı yerə yüksələcək.
Azərbaycan
klubları ilə avrokuboklarda mərhələ adlayan məşqçilərin siyahısı aşağıdakı
kimidir:
Qurban Qurbanov 7 dəfə (2009/10 - 2 mərhələ,
2010/11 - 3 mərhələ, 2011/12 - 2 mərhələ)
Böyükağa Ağayev 2 dəfə (1999/2000, 2004/05)
Ağasəlim Mircavadov 2 dəfə (2000/01, 2005/06)
Yunis Hüseynov 2 dəfə (2006/07, 2012/13)
Anatoli Demyanenko 2 dəfə (2008/09 2 mərhələ)
Kazbek Tuayev 1 dəfə (2004/05)
Valentin Xodukin 1 dəfə (2008/09)
Coko Haciyevski 1 dəfə (2009/10)
Kaxaber Tsxadadze 1 dəfə (2012/13)
Böyükağa
Hacıyev 1 dəfə (2012/13)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |