Cavid İmamverdiyev: “O “Bakı”dı, biz “Neftçi”
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin müsahibəsi
-
"Zestafoni" artıq arxada qaldı?
- Təlim-məşq toplanışında çox çalışmışdıq, əziyyət
çəkmişdik. Qələbə qazanacağımıza hamımımız inanırdıq. "Zestafoni"yə
qalib gələcəyimizə arxayın idik, amma sözün açığı, belə hesabı gözləmirdik.
- Öz
oyunundan razı qaldın?
- Yox, deməzdim ki, razı qaldım. Bir az həyəcan var
idi. Çempionlar Liqasında start heyətdə ilk oyunum olduğu üçün atmosferə tam
uyğunlaşmamışdım. Qol vurandan sonra bir qədər sakitləşdim, özümü toparlaya
bildim. Buna baxmayaraq, oyunum tam ürəyimcə olmadı.
- Qol
vurdun, bir dəqiq ötürmə verdin, sonra da zədələnib çıxdın.
- Ciddi zədə almamışam. Ot örtüyü süni olduğu üçün əzələm
dartıldı. Süni meydanda məşq eləmədiyimizdən, yüngül zədələndim. Təbiidən
birbaşa süniyə keçdik, ayaqlarım istər-istəməz dözmədi.
- Oyunun ortasında artıq yorğun görünürdün,
qaçmaq istəmirdin. Hələ 22 yaşın var.
- Birinci hissədə çox qaçdım, daim hərəkətdə oldum. Həm də dediyim
kimi, stadion süni olduğu üçün ikinci hissə başlayan kimi yoruldum. Meydan mənə
çox ağır gəldi, qaça bilmirdim. Bir az da həyəcan var idi deyə, çatdırmadım.
-
Böyükağa Hacıyev məşqçilər korpusunda yer alsaydı, hesab daha böyük olardı,
yoxsa aşağı?
- Yox, o barədə heç nə deyə bilmərəm.
- Yəni,
Hacıyevin olmaması oyununuza təsir elədi?
- Hə, belə soruş, başqa məsələ. Yox, baş məşqçinin
yoxluğunun heç bir təsiri olmadı. Əksinə, Böyükağa Hacıyevin olmaması bizə əlavə
stimul verdi ki, qələbə qazanıb, ona hədiyyə edək. Qələbəni ona həsr elədik.
- Qələbəyə
görə mükafat verildi?
- Yox, hələ mərhələni keçməmişik axı.
-
Mükafatı mərhələ keçməyə görə qoyublar?
- Hə, ondan sonra verəcəklər.
- Səfərə
böyükhesablı qələbə ilə yollansaz da, yəqin ki, "Zestafoni"nin ev
komandası olduğunu bilirsən. Üstəlik, təbii örtüklü meydanda oynayırlar.
- Əlbəttə, bilirəm. Stadionun ot örtüyünün təbii
olması bizim xeyrimizədi. Çünki biz belədə daha rahat oynayırıq, nəinki süni
örtüklü meydanda.
- Əksəriyyət
artıq mərhələ keçdiyinizi düşünür. 3:0 belə düşünməyə əsas verir.
- Qətiyyən arxayınlıq ola bilməz. Öz-özlüyümdə
fikirləşirəm ki, səfərə sanki heç-heçə hesabı ilə yollanıram. Bilirəm, komanda
yoldaşlarım da eyni fikirdədilər. Çünki arxayınçılıq bizə baha başa gələ bilər.
Çempionlar Liqasında zəif rəqib olmur. Ona görə Gürcüstana qələbə dalınca gedəcəyik.
Başqa heç nə fikirləşmirik.
-
Bizim klublarda, futbolçularda arxayınçılıq həmişə olur. "Bakı"nın
özündən qat-qat zəif rəqibə uduzmasının əsas səbəblərindən biri bu idi.
- Yox, o “Bakı”dı, biz “Neftçi”. Onlar haqqında heç
nə demək istəmirəm. Bizim komanda həmişə öndə gedən olub. Artıq üç ilə yaxındı
burda oynayıram, komandamızın, yoldaşlarımın indiyə qədər hələ
arxayınlaşdıqlarını görməmişəm. Bütün rəqiblərə qarşı ciddi oynamışıq. İstər
Premyer Liqada, istər yoldaşlıq oyunlarında, istərsə də Çempionlar Liqasında.
- Şayiə
gəzir ki, Böyükağa Hacıyevi Tərlan Əhmədov əvəzləyəcək. Sən nə deyərdin bu barədə?
- Mən heç nə eşitməmişəm. Bizə də deyiblər ki, baş
məşqçimizin sağlamlığında problem var, xəstəxanadadı. Oyundan sonra Sadıq müəllim
bizim yanımızda zəng vurub, qələbəni ona həsr etdiyimizi dedi. Başqa heç nə
bilmirəm.
- Cavab oyununda da qol vura biləcəksən?
- İnanıram ki, yenə fərqlənə biləcəm.
- Xeyli müddətdi adın Türkiyə klubları ilə
yanaşı hallanır. "Antalyaspor"dan sonra "Karşıyaka",
"Kayseri Erciyəsspor" və "Göztəpə"nin səninlə maraqlandığı
məlum oldu. Nəyi gözləyirsən, niyə getmirsən?
- Sadıq müəllim "get" desə, gedəcəm, desə ki,
"qal", qalacam. Mənim harasa getməyim, qalmağım onun əlindədi. Məsləhət
görməsə, 10 il də olsa, "Neftçi"də qalacam.
- "Kayseri Erciyəsspor"un
prezidenti Ziya Eren qəzetimizə müsahibəsində deyib ki, "Neftçi" rəhbərliyinə
müraciət ediblər, özünün də razılığını alıblar. Onlar Boluda oyununu izləməyə gələndə
isə klubundakı böyüklər səni onlardan gizlədiblər. Ümumiyyətlə, türklərlə
razılığa gəlmişdin?
- Gəlməyinə, razılıq vermişdim. Çünki karyerasını ölkə xaricində davam
etdirmək hər bir futbolçunun arzusudu. Mənimlə maraqlandıqlarını dedilər,
qayıtdım ki, problem yoxdu, bircə prezidentin icazəsi olmalıdı. Qaldı ki gizlətməyə,
belə şey olmayıb, həqiqətən zədəm var idi. "Mordoviya"ya uduzduğumuz
yoxlama matçında meydana çıxa bilmədim. Bir də "Sepahan"la oyunumuza
baxdılar. Dedilər ki, gələcəyik. Sonra bir xəbər çıxmadı, o gedən getdilər.
- Həmyaşıdların arasında istedadlı oyunçu
azdı, sən onlardan birisən. Pisliyini istəmərik. Sənə elə gəlmir ki,
"Neftçi"də qalsan, "batacaqsan"?
- Mən onu bilirəm. Bilirəm ki, eyni klubda çox
oynamaq da düz deyil. Əgər karyera baxımından götürsək, futbolçu daim axtarışda
olmalı, daha güclü klubların şərəfini qorumalıdı. Amma yenə deyirəm, Sadıq müəllim
o qədər düşüncəsiz insan deyil. Necə insan olduğunu bütün xalq tanıyır. Yaxşı
klubdan dəvət olsa, özü getməyimə şərait yaradacaq. O da istəyir ki, daha
güclü, səviyyəli kluba keçim. Əminəm ki, məsləhətli, yaxşı bir klub olsa, məni
buraxacaq.
- Söz
yox, Sadıq müəllimin kim olduğunu biz də yaxşı bilirik. Təbii, ideal insan
deyil, öz marağını səndən yuxarı tutur. Yaşın az olsa da, oyunun, meydanda özünü
aparmağın göstərir ki, ağılla hərəkət edirsən. Biz də istəyirik ki, qabağa gedəsən,
daha səviyyəli klubda oynayasan.
- Sizə bir söz deyim, Sadıq müəllim mənim üçün elə
şeylər edib ki... Mən heç vaxt o insana deyə bilmərəm, komandanı tərk edirəm.
"Erciyəsspor" məni istəyən vaxt dedilər ki, Sadıq müəllim konkret
"yox" deyib. Özü istədi ki, bir-iki il oynayıb, özümə gəlim. Məni
daha yaxşı komandaya göndərəcəyini deyib.
"Sport
Favorit"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |