Kaxaber Tsxadadze: “Hakim oyunu obyektiv idarə etmədi”
Bu gün Avroliqanın ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Yunanıstanın “Asteras” klubu ilə bərabərə qalan (1:1) “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma ilə bağlı bunları deyib:
* İlk
hissədə komandamızın oyunu o qədər də alınmadı.
* İkinci
hissədə hücuma atıldıq, bir neçə qol imkanımız oldu.
*
İkinci qolu vura bilərdik. Amma nə Nizami Hacıyev, nə də İlia Kandelaki bu fürsətdən
yararlana bildi.
* Komandamız
hesabda irəlidə olsa da, heç nədən qol buraxdı.
* Bundan sonra futbolçular elə bil ruhdan düşdü. Bu gün
xüsusilə hücümda çatışmazlıqlar oldu.
* Əsasən cinahlardan istifadə etməyə çalışırdıq. Amma
Asif Məmmədov çox passiv idi. Ona görə də bu futbolçunu əvəzlədim, onun
mövqeyində Adamiyanı oynatdım.
* İkinci
hissədə Nizami Hacıyevi meydana buraxdıqdan sonra oyunda bərabərlik yarandı.
* Hakim
daha çox bizim qapımıza cərimə zərbələri təyin edirdi. O, obyektiv oyun idarə etmədi.
* Bu gün taktiki səhvlərimiz olmadı. Dediyim kimi,
futbolçularımızda inamsızlıq vardı ki, növbəti görüşdə bunu aradan
qaldırmalıyıq.
* Ruslan
potensialı çox olan oyunçudur. Ancaq deyərdim ki, bizim ondan
tam olaraq nə istədiyimizi hələ başa düşmür. Bəzi ötürmələrdə səhvə yol verdi.
Baxmarayaq ki, qolun ötürməsini o vermişdi.
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |