“Tottenhem”in üzvü futbolçu karyerasına son qoydu
“Tottenhem” klubunun müdafiəçisi Ledli Kinq
karyerasını başa vurduğunu açıqlayıb. Stadium.az xəbər verir ki, son vaxtlar
sol dizindəki xroniki zədədən əziyyət çəkən təcrübəli müdafiəçi karyerasına
birdəfəlik son qoymağı qərara alıb. Bir müddət əvvəl yenidən əməliyyat olunan
Kinqin yaşıl meydanlara qayıdacağı gözlənilsə də, bu, baş verməyib. 33 yaşlı
futbolçu gedişi haqda bunları deyib: “Klubun bütün əməkdaşlarına və azarkeşlərə
öz təşəkkürümü bildirirəm. Son illər tez-tez zədələnirdim və bu səbəbdən də
oyunların bir çoxunda iştirak edə bilmirdim. Buna baxmayaraq, onlar çətin günlərimdə
dəstəklərini məndən əsirgəmədilər. “Tottenhem”də həyatımın 17 ilini keçirdim.
Klub mənim ikinci evimə çevrildi. Çox şadam ki, futbolçu karyeramı bitirdikdən
sonra da klubdakı fəaliyyətimi davam etdirəcəyəm”.
Xatırladaq ki, Kinq karyerası ərzində yalnız “Tottenhem”in
şərəfini qoruyub və 2008-ci ildə londonlularəın heyətində Liqa Kubokunu
qazanıb. O “Tottenhem”də keçirdiyi 242 matçda 10 qol vurub. 2002-ci ildən 2010-cu
ilədək çıxış etdiyi İngiltərə millisinin heyətində 20 matça çıxan Kinq 2 dəfə fərqlənib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |