Sadıq Sadıqov: “Neftçi”nin oyunundan razı qaldım, mənə ləzzət elədi”
Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Gürcüstan çempionu “Zestafoni”ni darmadağın edən “Neftçi”nin prezidenti Sadıq Sadıqov oyundan sonra jurnalistlərin suallarının cavablandırıb.
- İlk əvvəl
qarşılaşma barədə fikirləriniz bilmək maraqlı olardı.
- Əvvəlcə sizin hamınıza öz minnətdarlığımı
bildirirəm. Çünki
azarkeşlərin stadiona gəlməsində jurnalistlərin də böyük rolu oldu. Stadionda həqiqətən
anşlaq yaşandı. Baxmayaraq ki, yollarla bağlı bəzi problemlər oldu, tıxsaclar nəticəsində
azarkeşlər oyuna gecikdilər, amma bununla belə, bizə böyük dəstək oldular. Az
öncə qeyd etdiyim kimi, bu dəstəkdə sizin də böyük əməyiniz oldu, saytlarda, qəzetlərdə
öz yazılarınızla azarkeşləri stadiona dəvət etdiniz.
- “Neftçi”nin cütün taleyini ilk oyundaca həll
etdiyini demək olar?
- Yox, hələ onu demək olmaz. Çünki hələ bizi qarşıda
daha bir çətin oyun gözləyir və həmin oyuna çox ciddi hazırlsşacağıq, buna
vaxtımız da var. Bildiyiniz kimi, komandaya 7 yeni oyunçu gəlib. Onların eləsi
var ki, bu gün ikinci, üçüncü dəfədir “Neftçi”nin formasında meydançaya
çıxırdı. Hələ komanda tam olaraq, bir-birinə uyğunlaşmayıb. Yəqin ki, gələcək
oyunlarda bunu da görəcəyik. Çalışacağıq ki, uğurlu çıxışımızla Azərbaycan
xalqını sevindirək.
- Komandanızın
böyükhesabla qalib gələcəyini gözləyirdiniz?
- Xeyr. Yeri gəlmişkən, bu qələbəmizi baş məşqçimiz,
hazırda xəstəxanada olan Böyükağa Hacıyevə həsr edirik. İnanıram ki, bu oyun
onun şəfa tapmasında rol oynayacaq.
- Sizcə,
“Neftçi” bu il avrokubokların qrup mərhələsinə düşə biləcək?
- Allahın qisməti.
- “Zestafoni”ni
mübarizədən kənarlaşdırdıqdan sonra komandaya yeni futbolçular cəlb olunacaq?
- Xeyr, yeni transferə ehtiyac yoxdur. Sadəcə, bu
komandaya bir qədər vaxt lazımdır ki, birlikdə oynayıb stabilləşsin. Hələ
qarşıda “Zestafoni” ilə cavab qarşılaşmamız var. Bu mərhələni keçək, sonra digər
məsələlər haqqında düşünərik. İndidən heç bir proqnoz vermək olmaz. Hər şeyi
zaman göstərəcək.
- Komandaya
yeni qoşulan futbolçuların çıxışını necə dəyərləndirərdiniz?
- Yeni transferlərimizlə bağlı bütün məlumatları
vermişik, hamısı səviyyəli oyunçulardı, öz ölkələrinin milli komandaılarının şərəfini
qoruyurlar. Düzdür, “Zestafoni” ilə matçda Avstriya toplanışda olduğu kimi
oynamadılar, amma mən onlara inanıram.
- Yeni
transferlərdən ən çox kimin çıxışını bəyəndiyiniz?
- Gəlin, komandanı bir-birinə vurmayaq. Komanda olaraq
oyundan razı qaldım, mənə ləzzət elədi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |