AFFA-nın danışılmış oyunlarla bağlı hiyləgər planı
Bu gün AFFA bəzi oyunların
nəticələrinin əvvəlcədən razılaşdırılmış olması haqda məlumatlı olduğunu
açıqladı. Hətta açıqlamada bildirilirdi ki, ölkə futboluna cavabdeh olan assosiasiya Premyer Liqada nəticəsi
əvvəlcədən müəyyənləşdirilən qarşılaşmaların varlığını da təsdiqləyib.
Və UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın
hüquqşünası Rəmiş Malıyev bildirib ki, Premyer Liqanın bir sıra görüşlərinin nəticələrinin əvvəlcədən
müəyyənləşdirilməsi barədə assosiasiyaya məlumatlar daxil olub.
Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək isə Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edib. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək.
Nəticəsindən şübhələnən oyunlar isə aşağıdakılardır:
I tur. “Neftçi” – “Qarabağ” – 3:2
XXIII tur. “Turan” – AZAL – 3:0
XXV tur. “Turan” – “Rəvan” – 2:1
XXVII tur. “Neftçi” – “Bakı” – 2:1
XXVII tur. “Turan” – “Kəpəz” – 2:0
XXVIII tur. “Sumqayıt” – “Kəpəz” – 2:0
Bax belə yerdə deyiblər: "Utanmasan, oynamağa
nə var ki?!". Azərbaycan çempionatında "İnter" və "Simurq"
klubları var olduqdan bəri bu komandalar arasındakı oyunların nəticəsi matçdan
qabaq məlum olur. Hətta futbolçular birbaşa olaraq oyunun dəqiq hesabına pul
qoyuluşu edirlər. Bu boyda həngamə qalıb qıraqda, bəs, AFFA nə axtarır? Məgər,
bunu bilmirlər?
AFFA-nın baş katibi Elxan Məmmədov yenə yaxşı rol
oynamaqda davam edir. Çünki UEFA konkret olaraq Azərbaycan üçün 4 oyunun nəticəsindən
şübhələndiyini AFFA-ya bildirib və bu məktub Elxan Məmmədovdadır. Bu oyunlardan
isə yalnız “Turan” – “Kəpəz” – 2:0 - qarşılaşması rəsmi açıqlanan siyahıda var!
Biləsiz ki, digər 3 oyunda bir komandanın adı hallanır. AFFA-dakı daimi mənbəmiz
bu 3 oyunun hansılar olduğunu açıqlamasa da, bildirdi ki, həmin
qarşılaşmalarını birbaşa hesabına Asiyadakı böyük bukmeyker kontorlarında yüksək
məbləğdə pullar yatırılıb və milyinlarla dollar qazanılıb. UEFA-nı da şübhələndirən
məhz bu məqam olub. Elə bu üzdən də, UEFA məsələnin araşdırılmasına başlayıb.
AFFA isə Azərbaycan futbolunun imicinə zərbə dəyməsin deyə, bu məsələni
ört-basdır etməyə çalışır.
Hesab edin ki, hər şey araşdırılır və AFFA Apelyasiya və Ekspert
Komitəsi qərar verir? Düşünün, sizcə, bu komitə ölkə futbolunun ziyanına
hansısa qərar qəbul edər? Guya, Apelyasiya və Ekspert Komitəsi indiyədək hansı
məsələyə baxıb və düzgün qərar qəbul edib?
AFFA-nınbaş katibi Elxan Məmmədovun nəzərinə çatdıraq ki, ölkə futbolunun şəffaflığı naminə əlindən gələni edən "Stadium.az" saytı məsələylə bağlı ciddi araşdırma aparır və nəticəsi danışılmış oyunlarla bağlı heç bir məsələnin üstünün ört-basdır edilməsinə imkan verməyəcək! Odur ki, UEFA-nın məsələylə bağlı sizə göndərdiyi məktubu tam olaraq ictimaiyyətin diqqətinə çatdırın!
Vüsal BƏBİRLİ
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |