Ramin Musayev klubları birinci diviziona göndərməklə hədələdi

17.04.2012 | 4046 dəfə oxunub

“Azərbaycan çempionatında heç bir danışılmış oyunlardan söhbət gedə bilməz. Heç bir kluba icazə verilməz ki, hansısa danışılmış oyunlarda iştirak etsin. Bu cür halların qarşısını almaq üçün hər zaman tədbirlər görmüşük”. Stadium.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Unibank Premyer Liqanın bir sıra  oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olması barədə danışarkən deyib.

PFL prezidenti rəhbərlik etdiyi qurumun nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş oyunlarla bağlı daim araşdırmalar apardıqlarını bildirib: 

“Əgər belə bir fakt öz təsdiqini taparsa, istənilən klub öz cəzasını alacaq. Əgər həmin klublar yüksək liqada mübarizə aparırsa, birinci diviziona göndəriləcək”. 

Xatırladaq ki, bu gün AFFA-nın rəsmi saytı Unibank Premyer Liqanın bir sıra  oyunlarının nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsi barədə quruma məlumatlar daxil olduğunu açıqlayıb. Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. 



  #1   Adınız: Ferid;   E-mail: ---

18.04.2012 16:48

Ramin bey daniwilmiw oyunlar çoxdu amma biri 100% dir İnter-Simruq oyunlari indiye qeder Simruq İnterden guya xal ala bilmezdi

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail