Ranieri: "Mən Ranieriyə 100% güvənərdim"

28.02.2012 | 4754 dəfə oxunub

İtaliya A Seriyasında keçirdiyi son 4 oyunda da məğlub olan "İnter"də baş məşqçi dəyişikliyi gerçəkləşməyəcək. Stadium.az xəbər verir ki, artıq Klaudio Ranieri istefa etməyəcəyini açıqlayıb.

Ranieri son turda səfərdə "Napoli"yə minimal hesabla məğlub olduqları oyundan sonra verdiyi müsahibədə oyunçularına inandığını və istefa verməyəcəyini dilə gətirib. Jurnalistin "İnter"in prezidenti siz olsaydınız, belə anda nə edərdiniz'' sualına Ranieri bu cür cavab verib: "Mən Ranieriyə 100% güvənərdim. Ancaq mən prezident deyiləm, bunu ondan soruşsanız daha yaxşı olar. Bizim sadəcə bir qələbəyə ehtiyacımız var. Son 5 matçdır ki, qol vura bilmirik. Ancaq bir qlibiyyətlə çox şey dəyişəcək".

A Seriyasında son 6 matçda 5 məğlubiyyət alan, 1 dəfə isə heç-heçə edən "İnter" Çempionlar Liqasının 1/8 final mərhələsində "Marsel"ə də səfərdə minimal hesabla yenilmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail