"Ona gərəyindən artıq yaxşı davranmışam"

17.02.2012 | 5059 dəfə oxunub

"Mançester Siti"nin qalmaqallı oyunçusu Karlos Tevesin klubunda qalması artıq dəqiqləşib. Stadium.az xəbər verir ki, Argentinadan döndükdən sonra klub təsislərində tək məşq edən Teves baş məşqçi Mançininin ona itə davranıldığı kimi yanaşdığını açıqlayıb.

Buna baş məşqçi Mançininin reaksiyası da geickməyib. İtaliyalı mütəxəssis Tevesin bu iddiasını qətiyyən qəbul etmədiyini bildirib: "Teveslə qətiyyən razı deyiləm. Çünki ona heç vaxt pis davranmamışam. Bəlkə də tam əksinə, gərəyindən artıq yaxşı davranmışam. Tevesin yalan danışdığını da demirəm, sadəcə yanlış düşünür. Növbəti 3 ay ərzində bu, Teveslə bağlı son açıqlamam olacaq".

Mançini yaxın günlərdə Tevesi yenidən heyətə cəlb edəcəyini də qeyd edib: "Onunla 2 həftə əvvəl görüşdüm və Premyer-liqada sadəcə 13 matçımızın qaldığını xatırlatdım. Bununla yanaşı, davranışlarına diqqət etməsini və yalnız futbol barədə düşünməsini istədim. Ümid edirəm etimadımı doğruldar. Çünki ağlını başına toplasa, bizim üçün çox vacib bir oyunçu ola biləcəyini düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail