"Bu komandada oynamağın doğru olduğunu düşünmürəm"

15.02.2012 | 4124 dəfə oxunub

Vaxtilə "Arsenal"da forma geymiş isveçli yarımmüdafiəçi Fredrik Lyunberq klubsuz qalıb. Stadium.az xəbər verir ki, 34 yaşlı futbolçu çıxış etdiyi "Şimizu S-Puls" komandası ilə yollarını ayırıb.

Lyunberq Yaponiya klubunun rəhbərliyi ilə razılaşdığını və 11 matç formasını geydiyi komandadan ayrıldığını açıqlayıb: "Yaponiya üçün yaxşı şeylər hiss edirəm. Komanda yoldaşlarımla texniki heyətə hörmətim var, ancaq bu komandada oynamağın mənim üçün doğru olduğunu düşünmürəm".

75 dəfə İsveç milli komandasında oynayan Lyunberq, 9 mövsüm "Arsenal"da oynadıqdan sonra 2007-ci ildə "Vest Hem"ə transfer olunmuşdu. Daha sonra ABŞ-da "Sitl" və "Çikaqo" formaları geyən isveç futbolçu 2010-cu ilin dekabr ayında "Seltik"ə transfer olunmuş və 7 matçda çıxış etmişdi. O, Yapon klubu ilə isə 2 illik müqavilə imzalamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail