Benzema Əlcəzair millisində çıxış edə bilər
Fransa milli komandasına qapıları bağlanan Kərim Benzemanın Əlcəzair millisində oynamağa hazır olduğu iddia edilir.
Stadium.az xəbər verir ki, yığmanın baş məşqçisi Camal Belmadi komandasında olan hücumçulardan razı olduğunu deyib: “Slimani, Bundejah, Delort və Sudani kimi hücumçularımız var. Sahib olduğum futbolçulardan razıyam”.
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qred Benzemanın yığma karyerasının başa çatdığını demişdi: “Kərimin performansı ilə bağlı narazılıq etməmişik, o, əla oyunçudur. “Real”dakı oyunu ilə lazımlı futbolçu olduğunu təsdiqləyir. Milli komandaya geri dönüşünə gəlincə, bu, mümkün deyil. Onun yığma karyerası başa çatıb”. Madrid “Real”ının üzvü federasiya rəhbərinin sözlərinə münasbiət bildirmişdi: “Milli karyeramın başa çatıb-çatmamasına yalnız mən qərar verə bilərəm. Bitdiyimi düşünürsünüzsə, o zaman imkan verini, başqa ölkə üçün oynayım”.
Kərimin Əlcəzair millisində oynamaq istədiyi deyilir.Bunun üçün FIFA-ya müraciət lazımdır. Fransa Futbol Federasiyası və 31 yaşlı futbolçu ortaq məxrəcə gələ bilmir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |