"Məqsədimiz Bakıda məğlub olmamaq idi" Kosovo millisinin futbolçusu

08.09.2018 | 4162 dəfə oxunub

Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk oyunu çərçivəsində səfərdə Azərbaycan millisinin qonağı olub. Bakı Olmipiya Stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb. S

Stadium.az xəbər verir ki, oyundan sonra kosovoluların yarımmüdafiəçisi Hekuran Kryeziu fikirlərini bölüşüb.

İsveçrənin "Sürix" klubunda çıxış edən 25 yaşlı futbolçu əsas məqsədlərinin uduzmamaq olduğunu deyib: "Əsas məqsədimiz məğlub olmamaq idi. Bakıya qələbə qazanmaq üçün deyil, uduzmamaq üçün gəlmişdik. Qalib gəlmirsənsə, heç-heçədən imtina etmək olmaz. Bu, ilk oyunumuz idi. Düzdür, bizdən qələbə gözləyirdilər, məncə, uduzmamaq da yaxşı haldır. Yaxşı müdafiə olunduq və Azərbaycanın hücumlarının qarşısını kəsdik. İndi isə Farer adaları ilə evdə keçirəcəyimiz oyunu düşünməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail