İbrahimoviç: "Harada olmaq istəsəm, orada olacağam"

07.04.2018 | 4348 dəfə oxunub

ABŞ-ın LOS-ANGELES GALAXY klubunun futbolçusu Zlatan İbrahimoviç dünya çempionatına FİFA tərəfindən buraxılmayacağına dair xəbərlərə sərt reaksiya verib.

Stadium.Az xəbər verir ki, isveçli hücumçu ali futbol qurumunun ona maneçilik törətməyə qadir olmadığını açıqlayıb:

"Harada olmaq istəsəm, orada olacağam. Bu, yığmaya da aiddir. Oynamaq istəsəm, belə də olacaq. Bunun FİFA-ya dəxli yoxdur. Bu, mənim işimdir".

Daha əvvəl İbrahimoviçin bukmeyker şirkətinin reklam çəkilişlərində iştirak etdiyinə dair məlumat yayılıb. Üstəlik, 37 yaşlı forvard firmanın sahiblərindən birinə çevrilib. Beləliklə, oyunçu FİFA-nın etika qaydalarının müvafiq bəndini poza bilər. Həmin bəndə əsasən, futbolçuların pul qoyuluşlarına hansısa formada bağlılığı ola bilməz.

İbrahimoviç İsveç yığmasındakı karyerasını 2016-cı il Avropa çempionatından sonra başa vursa da, DÇ-2018-də iştirak üçün milliyə qayıda biləcəyini istisna etməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail