PAOK-un prezidenti: "Hamıdan üzr istəyirəm"

14.03.2018 | 3092 dəfə oxunub

Yunanıstan Super Liqasının AEK-lə ev oyununda meydana silahla daxil olaraq gündəmə gələn PAOK-un prezidenti İvan Savvidi üzrxahlıq mesajı yayımlayıb.

Stadium.Az xəbər verir ki, 50 yaşlı klub prezidenti meydana silahla çıxmaqda pis niyyətinin olmadığını bildirib:

“Bütün PAOK, yunan və dünya futbol azarkeşlərindən üzr istəyirəm. Etdiyim hərəkətə görə təəssüf edirəm.

Meydana elə girməyə haqqım yox idi. Hislərim məni buna məcbur etdi. İnanın mənə, məqsədim rəqib komandaya və ya hakimə ziyan vurmaq deyildi. Heç kimi təhdid etməmişəm. Düzgün futbol üçün mübarizəmi davam etdirəcəm. Bir daha hamıdan üzr istəyirəm”.

PAOK - AEK qarşılaşmasında hesab 0:0 olan zaman, matça əlavə olunmuş dəqiqələrdə oyunun baş hakimi Saloniki təmsilçisinin qolunu saymamış, bundan qəzəblənən Savvidi isə üzərində silahla meydana daxil olmuşdu. Bundan sonra yerli azarkeşlər də meydançaya axışmış, oyun isə təxirə salınmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail