Frank de Bur yenə Mourinyoya "sataşdı"

14.03.2018 | 3934 dəfə oxunub

Hollandiyalı mütəxəsis Frank de Burla "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo arasında söz savaşı davam edir.

Stadium.Az xəbər verir ki, De Bur "manikunianlar"ın Çempionlar Liqasının 1/8 final mərhələsində öz meydanında "Sevilya"ya uduzmasından (1:2) sonra bunları deyib:

"Mourinyo mənim ən pis baş məşqçi olduğumu deyə bilər. Amma hazırda o, karyerası ərzində, demək olar ki, milyard funt xərclətdirən məşqçidir. Onun komandaları isə gördüyünüz kimi oynayırlar".

Frank de Bur "Liverpul"la oyundan sonra "Yunayted"in gənc ulduzu Markus Reşford barədə danışarkən onun Mourinyonun rəhbərliyi altında oynamasına təəssüflənmişdi. Öz növbəsində, portuqaliyalı mütəxəsis 47 yaşlı həmkarının "Kristal Pelas" karyerasına söz atmışdı. De Bur London klubunun məşqçisi kimi 7 oyunun hamısında uduzmuş və komandası 1 qol belə vura bilməmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail