Madridin "Real" klubunun hücumçusu Kriştiano Ronaldonun sol qaş nahiyəsi yarılıb. Stadium.Az xəbər verir ki, La Liqada "Deportivo"ya qarşı keçirilən oyunun (7:1) sonlarında Ronaldo sağ cinahdan qapı qarşısına göndərilən topa zərbə vurmaq istəyərkən rəqib müdafiəçi Fabian Şer ayağı ilə onun başına zərbə vurub və ağır xəsarət yetirib.
Portuqaliyalı 83-cü dəqiqədə baş verən hadisədən sonra meydana qayıtmayıb.
"Real"ın 7 qolundan 2-sini Ronaldo vurub.