İspaniyanın Segunda liqasında mübarizə aparan "Luqo" klubunun qapıçısı goo ad günündə qol vurub. Stadium.Az xəbər verir ki, çempionatın 23-cü turda "Sportinq Xixon"la qarşılaşan "Luqo" 3:1 hesabı ilə qələbə qazanıb.
Xuan Karlos 80-ci dəqiqədə 65 metrdən topu rəqibin qapısından keçirib.
İspaniyalı qapıçının 20 yanvarda 30 yaşı tamam olub. O, karyerası ərzində "Rayo Valyekano", "Herkules", "Kordoba" və "Elçe"nin şərəfini qoruyub.