Xavi: "Messi futbol tarixinin ən yaxşısıdır və bunun başqa adı yoxdur"
"Barcelona"nın sabiq kapitanı Xavi Ernandes "El Clasico"dan bir neçə gün öncə katalon mətbuatına müsahibə verib.
Stadium.Az onun bəzi fikirlərini təqdim edir.
"Real Madrid". Komanda La Liqa, Çempionlar Liqası və Superkuboku qazanıb. Bilmirəm, qazanılan uğurlar onları rahatlaşdırıb, ya yox. Titullar "Real"ı biraz arxayınlaşdıra bilər. Amma onları sıradan çıxarmaq çox çətindir.
Ernesto Valverde. Valverdenin oynatdığı futbolun ideyasını bəyənirəm. Fikrimcə, bir neçə il öncə "Barcelona" öz stilini itirmişdi. Hazırki məşqçinin ideyaları bizə xoş gələn fəlsəfəni təmsil edir.
"Barcelona"da məşqçi kimi çalışmaq. Valverdenin köməkçisi olmaq mənim fikrim deyil. Lakin bir sıra məşqçilər öyrənirəm. "Barcelona"nı tərk edəndə futbola baxışın başqa üsullarını görürsən. Buna baxmayaraq mənim futbol görüşlərim keçmiş klubumla çox bağlıdır.
Xavini xatırladan oyunçular. Bir çox futbolçu var. "Manchester City"də David Silva, Kevin de Bruyne, İlkay Gündoğan yüksək səviyyədədir. PSJ-nin əksər futbolçuları "Barselona"nın sxeminə uyğun gəlir. Santi Kazorla, Sesk Fabreqas kimi "Barsa" DNT-sinə malik futbolçular da var.
Quardiola və onun komandası. "Siti" Avropanın ən formada olan komandasıdır. Pep kollektiv üçün istədiyi oyun formulasını tapıb. Futbolçular özlərini yaxşı tərəfdən göstərir. Oyun ərzində topa 70-90 dəfə toxunurlar. Onlardan soruşsaz, hamsı oyundan həzz aldıqlarını deyəcək. Qvardiola bütün dünyanı heyrətləndirir. Titonun (red. 2012-13 mövsümüdə "Barcelona"nın baş məşqçisi) dediyi kimi, onunla istənilən müqayisə mənasızdır. Pepe unikal və dəyərli məşqçidir. "Barca" öz ruhuna uyğun məşqçilərlə müqavilə imzalayır. Bunu etməsə, nəticəsinə qatlaşmalı olacaq.
Çempionlar Liqasının favoritləri. Bu turnirdə "Mançester Siti", "Barselona", "Real" və Haynkesin "Bavariya"sı favoritdir. PSJ - "Real" qarşıdurmasında qalib gələn tərəf titula əsas namizədlərdən biri olacaq.
Messi. Elə təsəvvür edirəm ki, dünyada bütün məşqçilər Messini dayandırmağa çalışır. İspaniya kubokunun finalında "Atletik"in etdiyi kimi ona xüsusi oyunçu təhkim etmək belə effekt vemrir.
O, fərq yaradan futbolçudur. Rəqibi balansdan çıxarmaq üçün topu Messiyə çatdırmağa çalışırdıq. Messi qeyri-adi oyunçudur. Bunu görməmək mümkün deyil.
Ronaldo və Messi rəqabəti. Ronaldo ilə müqayisədə Leo daha çox iş görür. Kriştianu özünü ən yaxşı hesab edirsə, çox gözəl. Mən onları müqayisə etməzdim. Messi futbol tarixinin ən yaxşısıdır və bunun başqa adı yoxdur.
Andres İniesta. Xerardo Martinonun son mövsümüdə bərpa olunmağın çətinliyini gördüm. Luis Enrike bunun öhdəsindən gələcəyimə məni inandırdı. Andresdə belə hiss olduğunu düşünmürəm. Onun karyerasını bitirməyə çox var. İniesta oyun qurmaqda usta olduğunu hələ də nümayiş etdirir. Dəyişiklik görmürəm. Onda futbola davam etmək hissi yaşayır. Amma elə vaxt gəlir ki, bu hiss yoxa çıxır. Özünü faydalı hesab etmirsən və kənara çəkilirsən. İniesta qərar verməlidir, gələcəkdə bununla üzləşəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |