Ronaldo: "Messi ilə bir-birimizə hörmətlə yanaşırıq"

27.10.2016 | 3284 dəfə oxunub

Kriştianu Ronaldo mətbuata maraqlı açıqlamalar verib. Stadium.Az xəbər verir ki, portuqaliyalı ulduz Messi, çalışdığı məşqçilər barədə sualları cavablandırıb.

Messi ilə rəqabət:

Messi ilə dost olmasaq da, bir-birimizə hörmətlə yanaşırıq. KİV-lər onunla münasibətimizi möhtəşəm rəqabət kimi qələmə verir. Amma belə deyil.

Zidan barədə:

 Zidan komandanı necə toparlamağın bariz nümunəsini ötən mövsüm hamıya göstərdi. Çempionatı yaxşı başa vurduq, Çempionlar Liqasının qalibi olduq. "Real"ın heyətində əla mövsüm keçirdim. Zidan klub üçün düzgün seçim idi.

Ser Aleks Ferqyussonun rolu:

 Ferqyusson mənə ata kimidir. Bütün məşqçilərin əməyi üzərimdə böyükdür. Amma "Manchester United"ə gələndə hələ uşaq idim. Dünyanın böyük klublarından birinə tez gəldim. Ser Aleks kimi şəxsə ehtiyacım vardı.

Mourinyo haqqında:

 Bir sıra məşçilərin rəhbərliyi altında oynamışam. Mourinyo iti ağlına görə seçilirdi. O, ən xırda detalları da diqqətdən qaçırmırdı.

Ən güclü rəqib oyunçu:

 Eşli Koul sənə nəfəs almağa imkan vermir. Çox cəld, güzəştsiz oyunçudur. Ona qarşı oynayanda bilirsən ki, sənə heç də asan olmayacaq.

Müharibəyə kimi götürərdi:

 Pepeni. O, təkcə yaxı müdafiəçi deyil, həm də meydanda tam gücünü qoyur.

Kumiri:

Fiqo və Rui Koştaya həmişə rəğbət bəsləmişəm. Amma heç kimin etdiklərini təkrarlamaq istəməmişəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail