Yarımfinal oyununda qalmaqal

06.02.2015 | 2794 dəfə oxunub

Afrika kubokunun yarımfinalında Ekvatorial Qvineya və Qana arasında keçirilən oyun insidentlə yadda qalıb. Stadium.Az xəbər verir ki, azarkeşlər arasında baş verən gərginlik səbəbi ilə oyun yarımçıq dayanıb. 

Rəqibinə 0:3 hesabı ilə uduzan meydan sahibləri - Ekvatorial Qvineyanın azarkeşləri qanalı fanatlara hücum çəkiblər. Matçın 82-ci dəqiqəsində baş verən insidentlə əlaqədar hakim oyunu dayandırmaq məcburiyyətində qalıb. Polisin müdaxiləsindən sonra tribunaların böyük bir qismi boşaldılıb. Yarım saatlıq fasilədən sonra oyun qaldığı yerdən deyil, 90-cı dəqiqədən davam etdirilib. Nəticədə 3:0 hesabı ilə qalib gələn Qana millisi finala yüksəlib.

Qeyd edək ki, fevralın 8-də keçiriləcək finalda Qana və Fil Dişi Sahili yığmaları üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail