Millimizin sabiq üzvü Ermənistan klubunda!

05.02.2015 | 3473 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Şamil Qurbanov Ermənistan klubuna keçib. Stadium.Az xəbər verir ki, o, İrəvanın "Uliss" komandası ilə anlaşıb.

Qurbanov Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinə qoşulub. O, Moldova təmsilçisi "Milsami" ilə keçirilən yoxlama görüşündə də iştirak edib.

Maraqlıdı ki, Azərbaycan vətəndaşlığı olsa da, milliyətcə dağıstanlı olan Qurbanovun "Uliss"ə keçidi erməniləri qorxuya salıb.

Ermənistan Yazıçılar Birliyinin rəhbəri Samvel Beqlatyan çempionata liderlik edən komandaya Azərbaycan vətəndaşlığı olan futbolçunun cəlb olunmasının əleyhinədi: “Necə yəni, o, azərbaycanlıdı? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə gərək var?". (vesti.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail