Ən dəqiq, ən geniş…

15.10.2014 | 3311 dəfə oxunub

“Xəzər Lənkəran” Premyer Liqanın VIII turu çərçivəsində oktyabr ayının 19-da doğma meydanda “Bakı” klubu ilə qarşılaşacaq. Stadium.Az xəbər verir ki, bu oyun komandamızın paytaxt təmsilçisi ilə 38-ci görüşü olacaq. Cütlüyün indiyə qədər keçirilmiş oyunlarının statistikasında qeydə alınan nəticələrə və bütün göstəricilərə görə paytaxt təmsilçisi öndədir. Beləki,  “Xəzər Lənkəran” komandası “Bakı” klubu ilə ümumilikdə 37-dəfə görüşüb ki, onların 10-da qələbə qazanmış, 13-də heç-heçə etmiş  və 14-də  məğlub olmuşdur. Ümumi top hesabı: “Bakı” –  “Xəzər Lənkəran” 38:37.

Kubok oyunlarında:

 “Xəzər Lənkəran” komandası “Bakı” klubu ilə ölkə kuboku yarışmasında indiyə qədər 9-dəfə qarşılaşıb ki, bu oyunların 3-də qalib gəlib, 5-də məğlub olub və yalnız bir matçın əsas vaxtında heç-heçə qeydə alınıb. Kubok oyunlarında “Xəzər Lənkəran” paytaxt təmsilçisinin qapısına 9-top keçirərək, öz qapısından da 9-top buraxıb. Yeri gəlmişkən 2009/10 mövsümündə kubok yarışmasının finalında  “Xəzər Lənkəran”la qarşılaşan “Bakı” Fair-Play qaydalarına tüpürərək  qələbə qazanmış və kuboku başı üzərinə qaldırmışdı. Avroliqaya vəsiqə qazanan “zolaqlılar”  turnirin ilk təsnifat mərhələsinin hər iki oyununda 2:1 hesabı ilə qalib gəlsələr də heyətində cəzalı futbolçu oynatdığı üçün UEFA-dan texniki məğlubiyyət alıb kor-peşman Bakıya qayıtmışdı ki, bu da sonradan futbol ictimaiyyəti tərəfindən Fair-Play qaydalarına tüpürməyin cəzası kimi qiymətləndiilmişdi.

Çempionat oyunlarında:

Ölkə çempionatlarında  “Xəzər Lənkəran” və “Bakı” komandaları 28-dəfə qarşılaşıblar. “Ağ-yaşıllar”  27-matçın 7-dən qalib ayrılıb, 9-dəfə məğlub olub. 12-çempionat oyununda qalib müəyyən olunmayıb. Çempionat oyunlarında komandamız rəqibin qapısına 28-dəfə yola tapa bilmişdir. “Bakı” komandası da öz növbəsində qapımızdan  29-top keçirmişdir.

 Bütün oyunların ümumi statistikası:

 2004/05 mövsümü, çempionat

“Bakı” – “Xəzər Lənkəran” – 2:0

 “Xəzər Lənkəran” – “Bakı” – 2:0

 

 2005/06 mövsümü, çempionat

Xəzər Lənkəran” – “Bakı” – 0:1

 “Bakı” – “Xəzər Lənkəran” -1:1

 

 2006/07 mövsümü, çempionat

 “Xəzər Lənkəran” – “Bakı”-1:0

 “Bakı” – “Xəzər Lənkəran” – 0:0

 

 2006/07 mövsümü, ölkə kuboku, 4/1 final mərhələsi

 “Bakı” – “Xəzər Lənkəran” – 0:2

“Xəzər Lənkəran” – “Bakı” – 0:1

 

 2007/08 mövsümü, çempionat

 “Bakı” – “Xəzər Lənkəran” – 2:2

 “Xəzər Lənkəran” – “Bakı” – 0:0

 

 2008/09 mövsümü, çempionat

 “Bakı” – “Xəzər Lənkəran” – 0:0

“Xəzər Lənkəran” – “Bakı” – 3:0

 

 2008/09 mövsümü, ölkə kuboku, 4/1 final mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 0:1

  “Bakı” – “Xəzər Lənkəran” – 2:2

 

 2009/10 mövsümü , çempionat – təsnifat mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 1:1

 “Bakı” – “Xəzər Lənkəran” – 0:3

 

 2009/10 mövsümü , çempionat – final mərhələsi

 “Bakı” – “Xəzər Lənkəran” – 1:0

“Xəzər Lənkəran” – “Bakı” – 0:1

 

 2009/10 mövsümü, ölkə kubokunun finalı

 “Bakı” – “Xəzər Lənkəran” – 2:1  (Fair-Play)

 

  2010/11 mövsümü, çempionat -təsnifat mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 1:1

 “Bakı” – “Xəzər Lənkəran” – 1:1

 

2010/11mövsümü , çempionat- final mərhələsi

“Bakı” – “Xəzər Lənkəran” – 0 : 0

 “Xəzər Lənkəran” – “Bakı” – 2 : 0

 

 2010/11 mövsümü, Azərbaycan kuboku, yarımfinal mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 1 : 0

“Bakı” – “Xəzər Lənkəran” – 2 : 1

 

 2011/12 mövsümü , çempionat – təsnifat mərhələsi

 “Bakı” – “Xəzər Lənkəran” – 2 : 2

  “Xəzər Lənkəran” – “Bakı” – 3 : 0

 

  2011/12 mövsümü , çempionat -final mərhələsi

  “Xəzər Lənkəran” – “Bakı” – 0 : 1

 “Bakı” – “Xəzər Lənkəran” – 4 : 1

 

 2012/13 mövsümü, çempionat – təsnifat mərhələsi.

 “Bakı” – “Xəzər Lənkəran” – 2 : 0

 “Xəzər Lənkəran” – “Bakı” – 1 : 1

 

 2012/13 mövsümü, Azərbaycan kuboku yarımfinal mərhələsi

“Bakı” – “Xəzər Lənkəran” – 1 : 0

“Xəzər Lənkəran” – “Bakı” – 2 : 0

 

2013/14 mövsümü,I dövrə

“Xəzər Lənkəran” – “Bakı” 2 : 1

 

2013/14 mövsümü,II dövrə

“Bakı” – “Xəzər Lənkəran” – 3 : 0

 

 2013/14 mövsümü,III dövrə

“Xəzər Lənkəran” – “Bakı” 0 : 2

 

2013/14 mövsümü,IV dövrə

“Bakı” – “Xəzər Lənkəran” – 2 : 2

********************************

Yeni 2014/15 mövsümü, I dövrə

“Xəzər Lənkəran” – “Bakı” ? : ?


12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail