Vaqif Cavadov Hollandiya mətbuatına "Qarabağ"dan danışdı

14.08.2014 | 5209 dəfə oxunub

"Rəşad Sadıqov və Reynaldo hazırda "Qarabağ"ın aparıcı və fərq yarada biləcək futbolçularıdır".

Stadium.az xəbər verir ki, bunu "Qarabağ" klubunun sabiq futbolçusu Vaqif Cavadov Hollandiya mətbuatına açıqlamasında deyib.

Millimizin üzvü "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı "Tvente" ilə oyundakı şanslarını dəyərləndirib. V.Cavadov Ağdam təmsilçisinin keçmiş komandası "Tvente" ilə görüşdə qələbə qazanacağına inandığını bildirib:

"Hər iki komanda mənim üçün doğmadır. "Qarabağ"da beş il oynadım, ancaq təəssüf ki, çempion ola bilmədim. "Tvente"yə gəlincə 18 yaşımda orada çempionluq yaşadım. Bu komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar hər zaman mənə qarşı yaxşı davrandılar. Zədə səbəbindən Enshede təmsilçisində forma geyinmək şansım olmadı. "Tvente"yə transfer olduğum üçün peşman deyiləm. Bu transfer karyeramda önəmli addım oldu. Yenidən bu komandaya qayıtmaq istərdim. Beş il öncəki "Tvente" ilə indiki komanda arasında böyük fərq var. O zaman klubun futbolçu seçmək imkanı daha çox idi. Mən bu dəfə "Qarabağ"ın qələbə qazanacağını düşünürəm".

2009/2010 mövsümündə "Qarabağ"ın heyətində Avropa Liqasının pley-off mərhələsində "Tvente"yə qarşı oynayan Vaqif elə həmin mövsüm Enshede klubuna transfer olunub. Zədə səbəbindən "Tvente"də rəsmi oyuna çıxa bilməyən 25 yaşlı futbolçu yenidən Azərbaycana qayıdıb. Ötən mövsümü Bakı "İnter"inin heyətində keçirən Vaqif hazırda Türkiyənin aşağı liqa təmsilçisi "Qaziantep BB" klubunun şərəfini qoruyur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail