"Neftçi"nin rəqibi "Partizan" pulsuzluqdan batır

13.08.2014 | 3000 dəfə oxunub

Avropa Liqasının pley-off mərhələsində "Neftçi"ylə qarşılaşacaq Serbiyanın "Partizan" klubu maliyyə böhranı ilə üzləşib.

Stadium.az xəbər verir ki, Belqrad təmsilçisinin futbolçuları bu səbəbdən dünən məşqə çıxmaqdan imtina ediblər.

Buna futbolçuların uzun müddət maaş ala bilməmələri səbəb olub. "Partizan"ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets"ə (Bolqarıstan) uduzması da komandada hökm sürən böhranla əlaqələndirilir.

Klubun kapitanı Saşa İliç rəhbərliklə danışaraq maaşların bir hissəsinin ödəniləcəyi ilə bağlı vəd alsa da, buna nail olmayıb. Ümumilikdə 39 milyon avro borcu olan klubun prezidenti Draqan Curiç isə böhranla bağlı şərh verməyib. Hətta bu günə nəzərdə tutulan mətbuat konfransı ləğv olunub.

"Partizan" və "Neftçi" komandaları arasında ilk oyun avqustun 21-də Belqradda, cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail