Ronaldo da məhkəmə qarşısına çıxacaq

02.08.2014 | 2667 dəfə oxunub

ABŞ-da yaşayan Kristofer Renzi ulduz futbolçu Kriştiano Ronaldonu məhkəməyə verib. Stadium.az xəbər verir ki, "Real" və Portuqaliya millisinin formasını geyən futbolçu ABŞ-da məhkəmə qarşısına çıxacaq. 

Ronaldonun sahibi olduğu CR7 markasının ad hüququnun özündə olduğunu iddia edən Renzi haqlı olduğunu düşünür. Kristofer Ronaldonun buna görə cavab verməli olacağını bildirib:

"Ronaldo dünya səviyyəsində bir ulduz ola bilər. Mənim xəyalımda belə görə bilməyəcəyəm pulları qazanır, Facebook səhifəsini milyardlarla insan bəyənir. İstehsal etdirdiyi alt paltarlarını milyonlara satır. Ancaq bu adı ilk dəfə mən istifadə etmişəm".

Patent şirkətindən məktub aldığını deyən Renzi bunu sübut edəcəyini düşünür. Ronaldo da öz növbəsində CR7 markasını Renziden daha əvvəl istifadə etdiyini sübut etməyə çalışacaq. Əks halda Ronaldo ya xeyli miqdarda ödəniş edərək ad haqqını satın alacaq, ya da özünə yeni bir marka yaradacaq.

CR7 Ronaldonun alt paltarları geyimlərinin marka adı olaraq istifadə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail