UEFA "Çixura"nı cəzalandırdı

01.08.2014 | 3350 dəfə oxunub

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Çixura" klubunu cəzalandırıb. Stadium.az xəbər verir ki, buna Saçxere təmsilçisinin II təsnifat mərhələsinin cavab görüşdə evdə "Bursaspor"la keçirilən oyununda (0:0) baş verənlər səbəb olub.

Tiflisdə keçirilən həmin qarşılaşmada gürcüstanlı azarkeşlər meydana yad əşyalar atmaqla yanaşı, pankartlar açaraq, siyasi şüarlar səsləndirmişdilər. Bu səbəbdən UEFA "Çixura" klubunu 15 min avro məbləğində cərimələyib.

Avqustun 7-də Avroliqanın III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində evdə "Neftçi"ni qəbul edəcək "Çixura" klubunun bu tip hadisələrin bir daha təkrarlanmaması üçün əlavə tədbirlər görəcəyi bildirilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail