"Qəbə"lənin prezidenti Tale Heyədor ölkə başçısının qızı Leyla Əliyevayla boksda - DOTOLAR

28.06.2014 | 5093 dəfə oxunub

Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət göstərən “Mo Farah” xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilib. Stadium.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov və xanımı da iştirak edib.

Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilib.

“Qəbələ” İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın “Qəbələ” İdman Klubunun boksçuları ilə İngiltərənin “Repton” Həvəskar Boks Klubunun idmançıları qarşılaşıb.

Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.

Tədbir çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanıb. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul edib, lakin onlar hələ də icra olunmur.

Tədbirin təşkilatçıları qonaqları AAC-ın təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş “Many Happy Returns” adlı kampaniyaya qoşulmağa çağırıb. (AzərTac)









Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail