"Brügge" Empenzadan kömək istəyir

17.07.2011 | 5138 dəfə oxunub

Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" (Azərbaycan) - "Streymur" (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq Belçikanın "Brügge" klubunun idman direktoru Sven Vermant bu komandalarla bağlı fikirlərini açıqlayıb. Stadium.Az xəbər verir ki, o, bu komandaların hər ikisiylə oynamağa hazır olduqlarını bildirib:
"Biz istənilən ssenariyə hazırıq. Rəqibin kimliyindən asılı olmayaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Lakin hələlik üçüncü təsnifat mərhələsindəki rəqibimizin məlum olmasını gözləməliyik".
Klub rəsmisi dolayısı ilə "Qarabağ"la yox, "Streymur"la qarşılaşmaq istədiklərini bildirib: "Yaxşı olardı ki, biz "Streymur"la qarşılaşaq. Çünki Farer adaları bizə daha yaxındı. "Qarabağ"la qarşılaşmaq üçün Azərbaycana 5-6 saatlıq uzun yol qət etməli olacağıq. Bu isə oyunçuların yorğunluğuna gətirib çıxaracaq. Amma ora getmək məcburiyyətində qalsaq, gərək oyundan bir gün öncə səfərə çıxaq".
Vermant artıq "Streymur"la yanaşı komandamız haqda da əlavə məlumat öyrənməyə başladıqarını bildirib: "Hər iki komandanı yaxşı öyrənmək lazımdı. Düzdü, Azərbaycan təmsilçisi daha güclü rəqibdi. Ancaq həmyerlimiz Emil Mpenza "Neftçi"də çıxış edir. Ümid edirəm ki, o bizə "Qarabağ" haqda lazımi məlumat verəcək. Bundan əlavə hər iki komandanın iştirakıyla baş tutan oyunları izləməliyik. Üstəlik, Bakıda keçiriləcək cavab matçını da izləməli olacağıq".
"Brügge"nin Avroliqanın üçüncü təsnifat mərhələsindəki rəqibi iyulun 21-də Bakıda keçiriləcək "Qarabağ" - "Streymur" oyununda müəyyənləşəcək.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail