"Qəbələ" vəhabi kimi bilinən məşqçisin qovdu - ÖZƏL

17.06.2014 | 13813 dəfə oxunub

Ötən ay – mayın 9-da Stadium.az saytında "Qəbələ" klubunda terrorçu vəhabilik təbliğ olunur” başlıqlı yazı getmişdi. Məhz bu yazıda “Qəbələ”də vəhabiliyin təbliğ olunmasıyla bağlı məsələ araşdırılmışdı. ( daha ətraflı bu linkdə: http://www.stadium.az/index.php?dil=az&cat=xeberler&cat_id=1&id=37914)

Yazıda bildirilmişdi ki, klubun akademiyasında bununla bağlı azyaşlı uşaqlar və gənclər arasında təbliğat aparılır. Hətta bu işə akademiyada məşqçi işləyən Azər Bağırovun başçılıq etdiyi yazılmışdı. Bu yazıdan sonra “Qəbələ” klubu redaksiyayla əlaqə saxamış, iradlarını bildirmiş və yazılanların həqiqəti əks etditmədiyini vurğulamışdı. Məhz bu yazıdan sonra saytımıza haker hücumları olmuş və qabaqlayıcı tədbirlər sayəsində zərər görmədən hücumlardan sığortalana bilmişdik. Bu səylərin uğursuz olduğunu görən vicdansız tərəf isə məhz həmin yazının şərhlər bölməsinə müxtəlif fikirlər yazaraq Azər Bağırovu müdafiə etmiş, bizə isə təhqiredici sözlər yazılmışdı.

Ötən gün isə daha bir maraqlı xəbər əldə etdik. Aldığımız məlumata görə, Azər Bağırov “Qəbələ” Futbol Akademiyasından uzaqlaşdırılıb. Etibarlı mənbədən aldığımız məlumata görə isə “Qəbələ”nin  məhz Stadium.az saytında gedən yazıdan sonra araşdırma aöardığı, haqlı olduğumuzu bildiyi üçün Bağırovu klubdan uzaqlaşdırıb.

Qəbələdə baş verən vəhabi tuğyanıyla bağlı çox ilginc xəbərlər əldə etmişik. Qarşıdakı günlərdə daha dolğun faktlarla bu Qəbələdəki vəhabi tüğyanı və bunun “Qəbələ”yə necə təsir etdiyindən də yazacağıq. Bizi izləyin...

P.S. Stadium.az olaraq bildiririk ki, hazırda adını “İ.Ş.İ.D” qoyan böyük bir vəhabi terrorçu quruplaşması Suriyada və İraqda dinc müsəlmanlara qarşı soyqrım törətməkdədir. Torpaqlarının 20 faizi düşmən tapdağında olan və müharibə şəraitində yaşayan Azərbaycan dövlətində və futbolunda vəhabiliyə yox deyirik və aidiyyatı qeumları da bu məsələyə çox ciddi və həssas yanaşmağa səsləyirik.



  #5   Adınız: anti-rafizi;   E-mail: [email protected]

15.07.2014 09:05

İran yönümlü şiələrin növbəti təxribatı... Başda Vüsal olmaqla.

  #4   Adınız: Azer;   E-mail: [email protected]

15.07.2014 01:34

Heç bir ölkədə belə idmana dini ayrıseçkiçilik gətirən saytı 3-5 özünə hörmət edən şəxsdə ziyarət etməz...Allah bilir nə məqsədlə qurulub...Özünüzü insanlara güldürməyin

  #3   Adınız: Azer;   E-mail: [email protected]

15.07.2014 01:33

İdmanda , əsasəndə futbolda əsas olan nəticədir.Kimdir kimins əqəidəsinə baxan )...İstər xristian ol istər yəhuidi vəya məcusi əsas nəticə olsun....O boyda Fransa yığmasında 2-3 ağdərili futbolçu var.Çoxusuda müsəlman.Onda gərək rafizi zehniyyəti ilə bütün komandalar buraxıla....Və ya rafizi iran məcusilərini transfer edələrki bəlkə bunların səsi kəsilə....Ona görədə bunlar boş yerə zənn edirlər....O ki qaldı əgər qardaşın onlar dediyi kimi 20 nəfəri sələfin əqidəsinə dəvət etməsi doğrudursa elə bu qədəridə bəsdir ) MaşAllah .Xoşum gəldi.

  #2   Adınız: Filankes;   E-mail: ---

14.07.2014 20:55

yalan dediyinize goze, fitne saldiginiza gore allah size lenet
elesin !

  #1   Adınız: Serdar;   E-mail: ---

14.07.2014 15:07

aidiyyatı qeumları

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail