Kasilyası sındırdılar, seriyasın qırdılar

14.06.2014 | 3866 dəfə oxunub

İker Kasilyasın dünya çempionatlarındakı quru seriyası qırılıb. Stadium.az xəbər verir ki, İspaniya yığmasının qapıçısı 477 dəqiqə sonra qol buraxıb.

İspaniya yığması DÇ-2014-ün qrup mərhələsi çərçivəsində Hollandiya ilə qarşılaşıb və 1:5 hesabı ilə yenilib. Kasilyasın seriyasını 44-cü dəqiqədə Robin van Persi qırıb.

Kasilyas DÇ-2010-un qrup mərhələsindən sonra dünya çempionatında keçirdiyi oyunlarda qol buraxmamışdı. 4 il əvvəl CAR-da keçirilən və İspaniyanın çempionluğu ilə yekunlaşan dünya çempionatının qrup mərhələsinin son matçında ispanlar çili ilə qarşılaşmış və 1:2 hesabı ilə yenilmişdi. Həmin oyunun 47-ci dəqiqəsində Rodriqo Millar Kasilyası məyus etmişdi. Bundan sonra Portuqaliya, Paraqvay, Almaniya və Hollandiyanı yenən İspaniya qol buraxmamışdı. Bu matçlarda qapını qoruyan Kasilyas bu günkü oyunun 44-cü dəqiqəsinədək 477 dəqiqəlik quru seriya qura bilmişdi.

Dünya çempionatlarının ən uzun quru seriyaları

1. Valter Zenqa (İtaliya) - 517 dəqiqə 
2. Peter Şilton (İngiltərə) - 500 dəqiqə
3. İker Kasilyas (İspaniya) - 477 dəqiqə
4. Zepp Mayer (Almaniya) - 474 dəqiqə



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail