Roberto Karlosdan humanist addım

11.07.2011 | 4958 dəfə oxunub

Rusiyanın "Anji" klubunun braziliyalı futbolçusu Roberto Karlos "Krılya Sovetov"la ölkə çempionatı matçında ona banan atan azarkeşi bağışlayıb.
Stadium.Az xəbər verir ki, bunu 38 yaşlı müdafiəçinin özü "Sovetskiy Sport" qəzetinə müsahibəsində deyib. 
"Sambaçı" bildirib ki, onun üçün əsas məsələ olaya ictimaiyyətin biganə qalmamasıdır: "Təlim-məşq toplantısı vaxtı mənə dedilər ki, Samaradakı olay barədə hətta Rusiya Dumasında da danışılıb. İnanıram ki, Rusiya əhalisinin 99,9 faizi Roberto Karlosa həm insan, həm də futbolçu kimi hörmət edir. Axmaqlıq edən bir personaj isə gözəl ölkənin obrazını ləkələyə bilməz". 
Banan atan hələ tapılmasa da, məşhur futbolçu onunla görüşmək istədiyini söyləyib. Roberto Karlos hadisənin səbəbkarını bağışladığını açıqlayıb: "Qoy, həmin insan eşitsin: Mən elə bir ölkədən gəlmişəm ki, orada bəzi insanlar səhər yeməyə çörək tapmırlar. O isə yeməyi meydançaya tullayır. Bütün rusiyalılara, o cümlədən, məni incidənə uğurlar arzulayıram. Onun nəyə görə belə etdiyini anlamıram. Bəlkə həyatında hansısa problemləri var, köməyə ehtiyac duyur. Ümidvaram ki, o, özünə gələcək və həyatında hər şey yaxşı olacaq. Onunla tanış olmağın əleyhinə deyiləm. Mən bağışlamağı bacarıram və artıq onu bağışlamışam da".
İyunun 22-də keçirilmiş "Krılya Sovetov" - "Anji" oyunu zamanı tribunadan samaralı azarkeşlərdən biri Roberto Karlosa banan atıb. Bu, "Anji"nin kapitanının Rusiyada üzləşdiyi ikinci analoji olay olub. İlk dəfə martın 23-də "Zenit"lə qarşılaşmada sankt-peterburqlu fanatlardan biri "sambaçı"ya banan uzadıb.rnrnrnrn



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail