Rüfət dadaşov qol vurdu, komandası qələbə qazandı

22.04.2014 | 3948 dəfə oxunub

Millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasında XXIX turun oyununa çıxıb. Stadium.az xəbər verir ki, "qırmızı iblislər” “Ulm 1846”nın qonağı olub. 1049 azarkeşin izlədiyi qarşılaşma “Kayzerslautern”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Son 2 turda 7 dəqiqəlik çıxışla yadda qalan Rüfət bu dəfə 25 dəqiqə meydanda olub. Belə ki, o, 65-ci dəqiqədə Mario Mülleri əvəzləyib.

Futbolçumuz Yan-Lukas Dorovun ötürməsini 83-cü dəqiqədə qolla tamamlayıb. Bu, komandasının oyunda 3-cü qolu olub. Qələbə sayəsində xalını 51-ə yüksəldən “Kayzerslautern”in II komandası sona 5 tur qalmış yenə IV sıradadır.

Rüfət Dadaşov mövsümün ilk oyununda (2:0) da Ulm təmsilçisinə qol vurmuşdu. Onda 79-cu dəqiqədə meydana çıxan futbolçumuz ilk toxunuşundaca fərqlənməyi bacarmışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail