Əfsanə geri dönür!

13.05.2011 | 5348 dəfə oxunub

Braziliyanın “Korintians” klubunun prezidenti Andre Sançes maraqlı bir açıqlama ilə çıxış edib. Stadium.az xəbər verir ki, o, bir neçə ay öncə futboldan getdiyini açıqlayan Ronaldonun yenidən yaşıl meydanlara dönəcəyini açıklayıb.
 
O, ünlü veteran futbolçu ilə 2012-ci ilin ortasında sona çatacaq yeni bir anlaşma imzalayacaqlarını söyləyib.
 
Maraq üçün xatırladaq ki, sadəcə Braziliyanın yox, həm də dünya futbolunun əfsanələrindən olan Ronaldo, 3 ay öncə yaşıl meydanla vidalaşdığını bildirmişdi. Braziliya ilə 1994 və 2002-ci illərdə dünya çempionu adını qazanan Ronaldo, xronikləşən diz zədəsi və artıq çəkidən yaxa qurtara bilmədiyi üçün artıq futbol oynamağın onun üçün problemə çevrildiyini əsas gətirərək, getməyi üstün tutmuşdu. Lakin görünür 34 yaşlı futbolçu göz yaşları içində verdiyi həmin qərarını dəyişməyə üstünlük verib.
 
"Ronaldo yenidən futbol oynayacaq. 3 matçdamı, 4 matçdamı, 5 matçdamı oynayacaq, bilmirəm. Ancaq dəqiq bildiyim onun geri dönəcəyidi” – deyə “Korintians” prezidenti şok açıqlama ilə ictimaiyyəti təəccübləndirib. Qeyd edək ki, Ronaldonun artıq yaxın bir neçə həftə içində yenidən meydana çıxması gözlənilir.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail