“Şaxtyor” altıncı dəfə Ukrayna çempionu oldu

Donetsk klubu qızıl medalları vaxtından əvvəl təmin edib

08.05.2011 | 4085 dəfə oxunub


Donetskin “Şaxtyor” klubu futbol üzrə Ukrayna çempionatının qızıl medallarını vaxtından əvvəl qazanıb.

Stadium.az xəbər verir ki, “Mədənçi”lər 28 tur çərçivəsində Donetsk derbisində “Metallurq”u 2:0 hesabı ilə məğlub edib və xallarının sayının 70-ə çatdırıb.

Ukrayna çempionatının başa çatmasına iki tur qalmış “Şaxtyor” ən yaxın təqibçisi olan Kiyev “Dinamo”sunu 8 xal qabaqlayır. Yuri Syominin komandası 28-ci turda səfərdə “Karpatı”nı 2:1 hesabı ilə məğlub edib.

Üçüncü yeri Dnepropetrovskun “Dnepr” klubu (53) xal tutur. Onun bürünc medallar uğrunda mübarizədə əsas rəqibi Xarkovun “Metallist” komandasıdır. Xarkovlular 51 xal toplayıblar və bir oyun az keçiirblər.

“Şaxtyor” 2002, 2005, 2006, 2008 və 2010-cu illərdə Ukrayna çempionu olub. Kiyev “Dinamo”sunun hesabında 13 çempionluq titulu var.

Elmar ƏLİZADƏ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail