Cenk Tosun yarım il oynamayacaq

13.04.2021 | 3432 dəfə oxunub

Türkiyə Super Liqasında çempionluğa doğru irəliləyən "Beşiktaş" ciddi itkiylə üzləşib. Stadium.Az xəbər verir ki, son turda "Ərzurumspor"la səfər matçında (4:2) ağır zədə alan komandanın hücumçusu Cenk Tosunun durumuna aydınlıq gəlib.

29 yaşlı hücumçu tibbi müayinədən keçib və onun diz qapağının yerindən çıxdığı məlum olub. Buna görə də futbolçu əməliyyat olunacaq. Türkiyə millisinin üzvü 6 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yığma komanda ilə bu yay keçiriləcək Avro-2020-də iştirak edə bilməyəcək.

"Beşiktaş" Tosunu yanvar ayında "Everton"dan icarəyə götürüb. Futbolçu bu müddət ərzində 4 matçda 3 qol vurub və 1 qolun ötürməsini verib.

Türkiyə millisi Avro-2020-də qrupun 2 oyununu Bakıda keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail