"Sivasspor"un baş məşqçisi: "Türk xalqının dualarını ehtiyacımız var"

15.10.2020 | 4158 dəfə oxunub

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz "BeIN Sports"a açıqlama verib.

Stadium.Az xəbər verir ki, o, Avroliqada ev oyunlarında azarkeşlərin 30 faizinin iştirakı üçün UEFA-ya və Türkiyə Futbol Federasiyasına müraciət etdiklərini xatırladıb.

Klub rəhbəri "Sivasspor"un Türkiyəni Avropa Liqasında təmsil edən yeganə komanda olduğunu söyləyib: "Bunun üçün bir az həyacanlıyıq və məsuliyyəti dərk edirik".

Otyakmaz bildirib ki, avrokubok matçları reytinq xalları baxımından da önəmlidir:

"Rəqibimiz Şotlandiya ilə aramızda xal fərqi azdır. Onların komandaları "Başakşəhər" və "Sivasspor"dan çox xal toplasalar, aşağı pilləyə düşəcəyik. Bəlkə də çempion olan komanda Çempionlar Liqasının pley-offunda oynayacaq. Bu səbəbdən, önəmli vəzifəmiz var. Türk xalqının dualarını ehtiyacımız var. Maraqlı qrupa düşmüşük, İspaniya "Vilyarreal"ından sonra "Makkabi" və "Qarabağ" ilə oynayacağıq. Bizi maraqlı matçlar gözləyir. Qardaş ölkənin komandası ilə oynayacağıq".

"Qarabağ"ın "Sivaspor"la ilk oyununu noyabrın 5-də səfərdə, təkrar qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail