Rikardo Quarejma "Beşiktaş"dan ayrılır

30.12.2018 | 5088 dəfə oxunub

Qış fasiləsində "Beşiktaş"ı tərk edəcək daha bir futbolçu müəyyənləşib. Stadium.Az "Sözcü"yə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Rikardo Quarejmanı satmağı düşünür.

“Qartallar” bununla həm gəlir əldə etmək, həm də maaş yükündən azad olmaq istəyir. 35 yaşlı portuqaliyalı yarımmüdafiəçinin "Beşiktaş"la 2020-ci ilin iyununa qədər müqaviləsi var. 2015-ci ilin yayında Türkiyəyə geri dönən Quarejma 2010-2013-cü illərdə də İstanbul klubunun formasını geyinib.

"Beşiktaş" qış fasiləsində portuqaliyalı müdafiəçi Pepe ilə vidalaşıb. Braziliyalı hücumçu Vaqner Lavın "Flamenqo"ya keçidi ilə bağlı da razılıq əldə olunub. Həmçinin Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vidanın da komandadan ayrılacağı gözlənilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail