"Fənərbaxça" "Qalatasaray"lı ulduzla maraqlanır

11.01.2012 | 4985 dəfə oxunub

Türkiyə Superliqasının lideri "Qalatasaray"da uğurlu çıxışı ilə fərqlənən Felipe Melo barədə maraqlı məlumat yayılıb. Stadium.az xəbər verir ki, "Hürriyet" qəzeti braziliyalı futbolçu ilə "Fənərbaxça" da maraqlanır.

Adıçəkilən nəşrin yazdığına görə, məsələ ilə bağlı Melonun müqavilə ilə aid olduğu "Yuventus" klubunun baş meneceri Cüzeppe Marotta açıqlama verərkən bunları deyib:

"Qalatasaray" 13 milyon avro ödəyərək Felipe Melonu transfer hüquqları ilə birlikdə əldə edə bilər. Əgər onlar qətiyyətli davransalar, daha az məbləğə də razı olarıq. Ancaq bir məsələni də qeyd edim ki, "Fənərbaxça" da Melo ilə maraqlanır".

Bununla belə, braziliyalı yarımmüdafiəçinin "Fənər"i seçəcəyi inandırıcı görünmür. "Fənərbaxça"nın yaşadığı problemlər və gələcək taleyinin hələ də qaranlıq qalması Felipe Melonun "Qalatasaray"da qalacağını söyləməyə imkan verir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail