"Beşiktaş" başqanı Azərbaycan səfərindən danışdı

22.04.2018 | 2914 dəfə oxunub

“Azərbaycan və Türkiyənin bayraqlarında ay-ulduz var. Türkiyəni ay-ulduzla təmsil edən yeganə komanda “Beşiktaş”dır. Bu səbəbdən də düşünürəm ki, komandamız həm də Azərbaycanı təmsil edir”.

Stadium.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında dünən Bakıda səfərdə olan “Beşiktaş”ın prezidenti Fikrət Orman deyib. Tennis Akademiyasında adına təşkil olunan futbol turnirinin açılışını etmək üçün Bakıya gələn iş buradakı “Beşiktaş”lı azarkeşlərlə görüşüb. F. Orman görüş zamanı maraqlı fikirlər səsləndirib:


“Hədəfimiz dünyada 100 milyondan çox azarkeş toplamaqdır. Bu mənada Azərbaycan bizim üçün önəmli bir ölkədir. Burada günü-gündən böyüyürük”.

Orman sentyabr ayında “Beşiktaş”ı Bakıya gətirə biləcəyini də istisna etməyib: “Qismət olsa, komandanı sentyabrda Bakıya gətirəcəyik. Yay aylarında isə burada “Qartal Yuvası” adlı mağaza açacağıq. “Beşiktaş” olaraq, dostumuz Azərbaycanda daha da inkişaf etmək istəyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail