"Trabzonspor" satır, "Qarabağ" alır

17.03.2018 | 4116 dəfə oxunub

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin Türkiyə macərası yekunlaşa bilər. Stadium.Az xəbər verir ki,

Türkiyə mətbuatı icarə əsasında “Qarabağ”ın formasını geyinən gənc forvardın cari mövsümdəki performansı müqavilə ilə məxsus olduğu “bordo-mavililər”in ürəyincə deyil.

Digər tərəfdən “Qarabağ” da onu birdəfəlik transfer etmək niyyətindədir. Bu məsələdə əsas söz sahibi olan “Trabzonspor” Şeydayevlə bağlı qərarını mövsümün sonunda verəcək.

Transfer qadağası üzündən klub yayda yeni oyunçu almaq hüququndan məhrum olacağından, icarə əsasında digər komandalarda oynayan futbolçuları yay toplanışında sınamaq fikrindədi. Onlar arasında Şeydayev də olacaq. Lakin həmkarlarımız indiki vəziyyətdə Qara dənizlilərin Ramili satmağı planlaşdırdığını vurğulayıb. Onun Azərbaycan klubundakı çıxışını diqqətlə izləyən Superliqa təmsilçisi 22 yaşlı hücumçunu satmağa müsbət baxır.

Ramil Şeydayev “Trabzonspor”a 2016-cı ildə “Zenit”dən keçib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail