TFF prezidenti Şenol Günəşi evinə çağırdı

31.07.2017 | 3916 dəfə oxunub

“Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəşə Türkiyə yığmasına rəhbərlik etmək təklif olunub. Stadium.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən bu gün nahardan sonra 65 yaşlı mütəxəssislə öz evində görüşüb.

Federasiya rəhbərinin Günəşə “Beşiktaş”dakı işini davam etdirmək şərti ilə Türkiyə millisini 2018-ci il dünya çempionatının son 4 oyununa çıxarmağı təklif etdiyi bildirilir.

Günəş 2000-2004-cü illərdə Türkiyə yığmasının baş məşqçisi olub və “ay-ulduzlular” onun rəhbərliyi altında 2002-ci il dünya çempionatında bürünc medal əldə edib. 2015-ci ildən “Beşiktaş”da çalışan təcrübəli mütəxəssis son iki mövsümdə Türkiyə Super Liqasının qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail