"Avropaya gedərkən qurduğum xəyallar Azərbaycanda gerçəkləşdi”

16.07.2017 | 4647 dəfə oxunub

“Xəzər Lənkəran”a getdiyim üçün peşman deyiləm. Avropaya gedərkən qurduğum xəyallar Azərbaycanda gerçəkləşdi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın sabiq futbolçusu Oqtay Dərəlioğlu FourFourTwo.com-a açıqlamasında deyib.

Türkiyəli veteran hücumçu Azərbaycandakı karyerası haqda maraqlı faktlardan danışıb: “Mənimlə kral kimi davranırdılar. Mən də heç vaxt futbolda bizdən geridə olduqları üçün onları kiçiltmirdim. Hələ də Azərbaycana gəlib-gedən ən yaxşı legioner sayılıram.

Azərbaycanın mədəniyyəti Rusiya və Türkiyənin qarışığıdır.  Mənə heç vaxt yad yerdə olduğunu hiss etdirmirdilər. Sadəcə, dilləri biraz gülməlidir. Bir dəfə təyyarədə biri mənə “qabağa otur” dedi. Mən də əsəbiləşərək “sən otur qabağa” dedim. Sonda anladım ki, “öndəki oturacaqda otur” deyirmiş. 

Azərbaycan Premyer Lqiasında qəribə bir reqlament var idi. “Xəzər Lənkəran”da oynadığım mövsüm çempionatı lider kimi bitirdik, göstəricilərimiz də ikinci komandadan yaxşı idi. Amma mövsümün sonunda “qızıl oyun” dedikləri bir matç keçirildi (2004/2005 mövsümü “Neftçi” - “Xəzər Lənkaran” – 2:1) və çempionluğu rəqibimizə verdilər. Yenə də “Xəzər Lənkəran”a getdiyim üçün təəssüflənmirəm”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail