"Beşiktaş" və "Qalatasaray" prezidentləri görüş keçirdi

18.11.2011 | 5614 dəfə oxunub

Türkiyə Superliqasının növbəti turunda keçiriləcək "Beşiktaş" - "Qalatasaray" matçı öncəsi hər iki klubun prezidenti görüş keçirib. Stadium.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə qonaqların prezidenti Ünal Aysal fikirlərini bölüşüb:

"Bu derbini önəmli iki klubun dostluq mübarizəsi kimi görürəm. Yaxşı oynayanın qələbə qazanacağı bir qarşılaşma olmasını diləyirəm. "Qalatasaray"ın "Beşiktaş"la oyunları hər zaman çox xoş anlarla yadda qalıb. Mənim bu barədə pis xatirələrim yoxdur. Bununla yanaşı, bu derbi mənim "Qalatasaray" prezidenti kimi seyr edəcəyim ilk derbidir. Son 5 ildə yalnız derbilərdə yox, ümumiyətcə pis nəticə göstərmişik. "Beşiktaş"a qarşı səfər matçlarımız barədə də bunu deyə bilərik".

"Beşiktaş" prezidenti Yıldırım Dəmirörən isə bunları dilə gətirib: "Layiq olanın qələbə qazanacağı bir oyun olsun. Tamamilə dostluq mesajı verilən bir qarşılaşma olmasını arzulayıram. Prezidentlər bunu hər zaman edir, ancaq azarkeşlər də dostluqda pay sahibi olmalıdırlar. Oyunlar meydanda başlayıb, meydanda bitsin".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail