Kasilyasın əvəzinə azərbaycanlı qolkiper

26.12.2015 | 4359 dəfə oxunub

Türkiyənin "Osmanlıspor" klubunun millimizin qapıçısı Səlahət Ağayevi istəmə səbəblərinə aydınlıq gəlib. 

Stadium.az xəbər verir ki, Ankara komandasının braziliyalı qapıçısı Artur Moraes Türkiyə Superliqasının noyabrın 22-də keçirilmiş XII turunun "Çaykur Rizəspor"la matçında zədələnib

O, 67-ci dəqiqədə yerini Hakan Canbazoğluna veribmiş. "Osmanlıspor" da qapısında yeganə qolu məhz Hakanın qapıda dayandığı müddətdə buraxıbmış.

Bundan sonra baş tutan "Antalyaspor" (1:1), "Kasımpaşa" (0:1), "Bursaspor" (4:0) və "Beşiktaş" (2:3) ilə matçlarda Superliqanın debütantının "çərçivə"sini Hakan və Ahmet Şahin qoruyub. Lakin baş məşqçi Mustafa Rəşit Akçay bu 2 qapıçının durumundan razı qalmayıb. Xüsusən də "Beşiktaş"la matçda hesabda 2 dəfə öndə olmalarına baxmayaraq, uduzmaları klub rəhbərliyini hirsləndirib.

Nəticədə klub prezidenti Sadık Dik əcnəbi qapıçı axtarışlarına başlayıb. Hətta Türkiyə mətbuatına inansaq, klub "Osmanlıspor"un fəxri prezidenti və eyni zamanda Ankaranın meri Melih Gökçəyi fərəhləndirmək üçün Madrid "Real"ının sabiq, "Portu"nun indiki qapıçısı İker Kasilyasın namizədliyi üzərində də düşünüb. Lakin sonradan "Osmanlıspor" bu keçidin baş tutmayacağını anlayıb daha ucuz başa gələn Səlahətin üzərində dayanıb. Onun "İnter"lə müqaviləsinin başa çatması da bu keçidin asanlaşmasına səbəb olub.

Qeyd edək ki, "Osmanlıspor" 2 gün sonra səfərdə "Akhisar Bələdiyyəspor"un qonağı olacaq. Bu matçda da zədəsini sağaltmaqla məşğul olan Arturun qapıda dayanmayacağı ehtimal edilir.

Qaynar.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail