Muarem Muarem: "Belə olacağını bilsəydim, Qarabağdan getməzdim"

19.11.2015 | 3452 dəfə oxunub

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, hazırda Türkiyənin "Əskişəhərspor" klubunda çıxış edən Muarem Muaremin müsahibəsi


- "Əskişəhərspor"dakı işlərinizin heç də yaxşı getdiyini demək olmaz. Çünki sizi meydanda tez-tez görə bilmirik...
- Əlbəttə, işlər pis gedir. Hazırda sonuncu pillədə qərarlaşmışıq. 8 ardıcıl oyunda məğlubiyyətlə üzləşmişik. İki baş məşqçi istefaya göndərilib. Bura gələndən hələ meydanda çıxmaq şansı qazanmamışam. Niyə belə olduğunu özüm də başa düşə bilmirəm. Karyeramda ilk dəfədir belə halla rastlaşıram. Belə davam etsə, "Əskişəhərspor"da qalmağın mənası yoxdur.

- Mətbuatda Robert Prosineçkinin "Əskişəhərspor"u çalışdıracağı barədə xəbərlər yayılmışdı. Siz də bunu eşitmişdiniz?
- Prosineçki? Bunu ilk dəfədir eşidirəm. Burada belə bir söhbət olmayıb.

- Azərbaycan klublarından təklif almamısınız?
- Xeyr. "Əskişəhərspor"a gələndən sonra heç bir təklif almamışam.

- "Qarabağ"dan getdiyinizə görə təəssüflənmirsiniz?
- "Əskişəhərspor"da belə aqibətlə üzləşəcəyimi bilsəydim, təbii ki, "Qarabağ"dan getməzdim. Amma kim öncədən belə bir şeyi proqnozlaşdıra bilər?

- Yenidən bu kluba qayıtmağınız mümkündür? Klub prezidenti Tahir Gözəl bəyan etmişdi ki, Muarem Muaremlə Leroy Corc üçün darıxır...
- "Qarabağ"a qayıtmaqla bağlı heç nə deyə bilmərəm. Əlbəttə, qayıtmağı çox istərdim. Amma hələ heç nə bəlli deyil. "Qarabağ"da yaxşı günlərim olub. Tahir Gözəl gözəl insandır. O, bizi avrokuboklarda həmişə dəstəkləyirdi. Hər zaman bizimləydi, udanda da, uduzanda da.

- Azərbaycanda hələ də belə düşünürlər ki, "Qarabağ"ın yeni transferləri Muaremlə Leroyu layiqincə əvəz edə bilmirlər...
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Komandaya yeni gələn futbolçunun dərhal oraya uyğunlaşması mümkün deyil. Zamanla hər şey qaydasına düşür. Klubdan gedəndən sonra azarkeşlərin hələ də məni sevməsini öyrənəndə çox sevindim. Onların mənim qayıtmağımı istədiyini görmək çox xoşdur. Hər həftə "Qarabağ" azarkeşlərindən mesajlar alıram.

- "Qarabağ"ın Avroliqadakı çıxışını izləyirsiniz? Komandanın qrupdan çıxmaq şansları barədə nə deyə bilərsiniz?
- Komandanın Avroliqadakı, Azərbaycan çempionatındakı çıxışını izləyirəm. "Qarabağ"ın Bakıda "Monako"ya qalib gələ bilməməsinə çox məyus oldum. İnanıram ki, onlar İngiltərə "Tottenhem"inə qalib gəlib, qrupdan çıxacaqlar. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail