“Trabzonspor” rəhbərliyi cəzalandırıldı

05.11.2015 | 3053 dəfə oxunub

Türkiyə futbol aləmində tarixi və bunadək yaşanmamış hadisə baş verib.

Stadium.az Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkənin Futbol Federasiyası tərəfindən “Trabzonspor” klubunun rəhbərliyinə ağır cəza verilib. Buna səbəb kimi klub rəhbərliyinin Türkiyə Superliqasında “Trabzon”-“Qaziantepspor” arasında oynanılan qarşılaşmadan sonra hakimi soyunma otağında bir neçə saat kilidləyərək girov götürməsi göstərilir. Məlum olub ki, klub prezidenti hakimi rəqib qapısına penalti təyin etmədiyi üçün analoji üsulla cəzalandırıb.

Belə ki, Peşəkar Futbol İntizam Komitəsi Türkiyə Futbol Federasiyasının vitse-prezidenti İbrahim Ustanı 1 il 6 aylıq fəaliyyətindən kənarlaşdırıb. Hakimə qarşı təhqir və idmana yaraşmayan hərəkətlərinə görə “Trabzonspor” klubunun prezidenti İbrahim Hacıosmanoğlu da 150 min lirə cərimə ilə yanaşı, 280 gün tutduğu fəaliyyətdən məhrum edilib.

“Qırmızı-mavilər” isə iki oyun azarkeşsiz oynamaq, klubun daha 8 üzvü və idman direktoru Süleyman Hurma da məhrumiyyət cəzasına məruz qalıb. Sonuncu 21 gün məhrumiyyət və 25 min lirə ziyana düşüb. Ayrıca kluba 60 min lirə də pul cəzası tətbiq edilib.

Bütövlükdə “Qara dəniz” təmsilçisinə tətbiq edilən pul cəriməsinin sayı 2 milyon 45 min lirə təşkil edib. Yerli mətbuat isə baş verənləri Türkiyə futbolu tarixində ən ağır cəzalardan biri kimi qələmə verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail