Fatih Terim: “Kaş övladlarımız ölməyəydi, biz də Avropa çempionatına getməyəydik”

14.10.2015 | 3559 dəfə oxunub

"Şükürlər olsun ki, Allah üzümüzü qara çıxarmadı. Övladlarımı təbrik edirəm".

Stadium.az xəbər verir ki, bunu AVRO-2016-nın seçmə mərhələsində ən yaxşı qrup 3-cüsü kimi Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanan Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.

İslandiyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlər 62 yaşlı mütəxəssisi mətbuat konfransında ayaq üstə alqışlayıblar. F.Terim Türkiyə xalqının bu sevincə layiq olduğunu bildirib:

"Bir xalımız olarkən "Biz demədən bitməz" demək çox çətin idi, amma indi bu, asandır. Mən və futbolçularım təvazökar olacağıq. "Pley-off" püşkatması haqda düşünürdük, artıq Avropa çempionatının püşkü bizi gözləyəcək. Bir neçə saatlıq da olsa, insanların üzünü güldürə bildiksə, bundan daha gözəl nəsə ola bilməz. Heç vaxt iddialarımızdan əl çəkmədik. Komanda azlıqda qalsa belə, mübarizə apardıq. Ümid edirəm ki, Avropa çempionatında uzun müddət qalarıq. Bu ölkənin insanlarının Avropanın göbəyi olan Fransada olması çox gözəldir".

Ən böyük uğurlarından birini qazandıqlarını deyən baş məşqçi Ankarada baş vermiş terror hadisəsi üzündən çox da sevinə bilmədiklərini söyləyib: "Kaş ki, bir tək övladımız ölməyərdi, biz də Avropa çempionatına getməyərdik. Dünya çempionatına da getməzdik. Bunlar bir canın yanında nədir ki... İnsan canı gedərsə, gəlməz, amma çempionluqlar gələr. Bütün qazandığımız qələbələri terrorda dünyasını dəyişənlərə ithaf edirik".

Qeyd edək ki, Türkiyə son oyunda İslandiyanı məğlub etməklə seçmə mərhələni yer aldığı A qrupunda 3-cü pillədə başa vurub. Qazaxıstanın da səfərdə Latviyanı məğlub etməsi nəticəsində Fatih Terimin komandası 2016-cı ildə Fransada keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanıb. qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail