Arda Turan İngiltərə klubuna gedir

26.06.2015 | 4437 dəfə oxunub

"Atletiko Madrid" klubunun türk futbolçusu Arda Turan İngiltərə Premier Liqasına gedə bilər.

Stadium.az xəbər verir ki, İngiltərənin "Mançester Yunayted" klubu Türkiyə millisinin üzvü Arda Turanı heyətinə qatmaq istəyir. İngiltərə nəhəngi ulduz futbolçu üçün 39 milyon avro təklif edəcək. 

İddialara görə, "Milan", PSJ və "Çelsi"dən sonra Arda Turana ən yüksək təklifi "Qırmızı Şeytanlar" edəcək. "Mançester Yunayted" rəhbərliyi baş məşqçisi Luis van Qalın təlimatı əsasında türk ulduzu klubun heyətinə qatmağa çalışacaq. 

Kariyerasını İngiltərədə davam etdirmək istəyən türk futbolçu da bu transferə müsbət baxır. İngilis klubunun yaxın vaxtlarda bu transferi bitirmək üçün hərəkətə keçəcəyi deyilir. İddialara görə, "Atletiko Madrid" bu transfer təklifinə yox deməyəcək.

Türk futbolçu 2011-ci ilin avqust ayında "Qalatasaray"dan 13 milyon avro müqabilində "Atletiko Madrid"ə transfer olub. Arda İspaniyada çıxış etdiyi 4 mövsümdə UEFA Super Kuboku (2012-ci il), UEFA Avropa Liqası (2011-2012-ci il), İspaniya La Liqa (2013-14-cü il), İspanya Kral Kuboku (2012-13-cü il), İspanya Süper Kuboku (2014-cü il) və UEFA Çempionlar Liqası II (2014-cü il) qazanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail